• Satış kampaniyaları
  • Ən çox satılan
  • Seçilən məhsullar
  • Yeni gələnlər
Haqqımızda

GiLTEX SHOP saytı "Gilan Tekstil Parkı" MMC-nin onlayn satış mağazasıdır. Hal-hazırda Gilan Tekstil Parkında iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir.

İnternet mağazada satışa təqdim olunan məhsullar beynəlxalq OEKO-TEX tələblərinə cavab verir və 100% pambıqdan hazırlanır.

Ödəniş forması həm sifarişin qəbulu zamanı həm də bank kartları və ya hesab-faktura əsasında nağdsız ödənişdir.

Sifarişlərin çatdırılması Azərbaycan ərazisində mümkündür.