Ranfors parçası haqqında

10.01.2021

Ranfors (ranforce) – praktikliyi və özünəməxsus xüsusiyyətləri ilə xarakterizə olunan 100% təbii pambıq parçadır.

  • Yalnız təbii pambıq liflərdən ibarətdir.
  • Yumşaq və davamlıdır. Ranfors olduqca sıx parça olmaqla yanaşı qeyri-adi yumşaqlıqla fərqlənir.
  • Tellərin bir-birinə toxunmasının xüsusi üsulu sayəsində parça yüksək dözümlüyə sahib olur, yəni ondan hazırlanan məhsulların uzun müddət sizə xidmət etməsi deməkdir. Tellərin sıxlığı olduqca yüksəkdir. Dəqiq parametrlər haqqında danışırıqsa, dünya standartlarında bir santimetrdə 50 - 60 bükülmüş tel nəzərdə tutulur. Bu çoxdur yoxsa azdır? Bu rəqəmi kretondakı tellərin sayı ilə müqayisə etsəniz, orada tel sayı 42-46-dır.Bu xüsusiyyəti nəzərə alaraq, ranforsdan olan yataq dəsti müqaviməti və yüksək davamlığı ilə xarakterizə olunur.
  • Ranfors otaq istiliyinə uyğunlaşa bilir və rahat istilik mübadiləsini təmin edir. Belə ki, soyuqda isinmə, yayda isə sərinlik hissi yaradır. Başqa sözlə, həm yayda, həm də qışda, ranfors yataq dəstində yatmaq xoş olur.
  • Digər bir üstünlük yüksək hiqroskopiklik dərəcəsidir. Parça nəmi özünə çəkir və tərlətmir.
  • Parça havanı yaxşı keçirir, statik elektrik toplamır. Bu xüsusiyyətlər yuxu keyfiyyətinə müsbət təsir göstərir.
  • Yataq dəstlərinə cəlbedici rənglər əlavə etmək üçün 200 dəfədən çox yuyulmaya davamlı boyalar istifadə olunur. Bu da öz növbəsində yataq dəstinin cazibədar görünüşünü uzun illər saxlamağa imkan verir.

Keyfiyyətli ranforsu necə seçmək olar

https://store.giltex.az onlayn mağazamıza yeni bir yataq dəsti almaq üçün daxil olarkən çox sayda rəng və ölçü seçiminin şahidi olacaqsınız. Yeganə dəyişməz amil – keyfiyyətdir. Bütün yataq dəstlərimiz 100% pambıq tərkiblidir.

Ranfors ən çox Sətin ilə müqayisə olunur. Materialların hər biri üstünlükləri və kiçik mənfi cəhətləri var. Onlar haqqında gələcək bloq yazılarımızda ətraflı yazacağıq. Hər iki material pambıqdan hazırlanmışdır. Yalnız hazır materialı əldə etmək üçün tellərin işlənməsi və toxunma variantları ilə fərqlənirlər. 

Şərhlər

Heç bir yazı tapılmadı

Rəy yazın