Hər birimiz yataq dəstindən istifadə edirik. Kimimiz onun naxışlarına diqqət yetiririk və müəyyən parçalara üstünlük veririk, digərimiz isə incəliklərə getməyərək ucuz olanı tərcih edirik. İkinci qrupa xatırlatmaq istərdik ki, insanlar həyatlarının 1/3 hissəsini yuxuda keçirir və yatmaq üçün yataq dəsti seçimində son dərəcə məsuliyyətli olmaq lazımdır, çünki bu sizin sağlamlığınıza bir başa təsir edir.
1. Ən əsası odur ki, yataq dəsti 100% pambıq parçadan istehsal edilsin. Təbiilik və ekolojilik sağlamlığın və sağlam yuxunun təminatıdır. Ona görə yataq dəsti seçərkən ilk növbədə parçanın tərkibinə, poliester və ya başqa sözlə desək sintetika qarışığın olmamasına diqqət yetirin. 100% pambıq statik elektrik toplamır. Təbii parça olduğuna görə praktik olaraq elektrikləşmir və statik elektrik yığmır. Bu öz növbəsində yuxunun keyfiyyətinə müsbət təsir etməyə bilməz: 100% pambıq yataq dəstində insan rahat yatır, çünki onun sinir və ürək-damar sisteminə zəif elektrik cərəyanı ilə daim qıcıqlandırıcı təsir göstərilmir.
2. Bir neçə variant yataq dəstləri arasında seçim etməkdə çətinlik çəkirsinizsə iplərin toxunma sıxlığına diqqət yetirin. Sıxlığı nə qədər yuxarıdırsa, parça o qədər keyfiyyətlidir və həmin yataq dəsti daha bahalıdır.
3. Yataq dəstinə ütü vurmaqdan canınızı qurtarmaq istəyirsizsə, o zaman sətin parçadan yataq dəsti alın – o demək olar ki, qırışmır!
4. 100% pambıq amma ipək kimi parça axtarışındasınızsa, sətinə baxın. Sətin ipək kimi görünüşü və yumşaqlığı ilə bərabər, xüsusi möhkəmliyə sahibdir. Sətin - üst səviyyə keyfiyyətli elit təbii parçadır. Bu material 100% yüksək keyfiyyətli təmizlənmiş pambıqdan, xüsusi ip toxunması vasitəsi ilə emal olunur. Parıltıya malik olan sətin liflər merserizasiya texnologiyasının tətbiqi ilə nail olunur. Dəfələrlə yuyulmalardan sonra belə onun xarici görünüşü və gözəlliyi korlanmır. Yataq dəstinə xüsusi şarmı ona təhlükəsiz və davamlı boya vasitəsi ilə vurulan naxışlı rəsmlər verir. Satindən hazırlanmış bəzəkli yataq dəstləri – müasir, dəbli və cox praktikdir.
5. Ranforsdan olan yataq dəstləri yay və qış üçün universal həlldir, çünki ranfors istilik mübadiləsini əla tənzimləyir. Valideynlər də öz uşaqları üçün şübhə etmədən istifadə edə bilərlər.
Heç bir yazı tapılmadı
Rəy yazın