Şirkət haqqında məlumat

GiLTEX SHOP saytı "Gilan Tekstil Parkı" MMC-nin onlayn satış mağazasıdır və 2019-cu ildə istifadəyə verilib.

"GİLTEX" TİCARƏT MARKASI 

Giltex logoGiLTEX 2012-ci ildən Azərbaycan Respublikasının Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Parkı MMC-nin  ticarət nişanıdır. Müəssisədə yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Ümumi sahəsi 15 hektar, ümumi istehsal sahəsi isə 50 000 m2 olan müəssisənin bazasında İplik fabriki, Toxuma fabrikləri, Boyama fabrikləri və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Fabriklər vertikal inteqrasiya sistemi ilə qurulub və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə edir. Hal-hazırda Gilan Tekstil Parkında iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. İstehsalda insan sağlamliğına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir.

"GİLAN TEKSTİL PARKI" MMC haqqında ətraflı məlumatı www.giltex.az saytından tanış olmaq olar.

Şirkətin ünvanı

"GİLAN TEKSTİL PARKI" MMC
Azərbaycan Respublikası
Sumqayıt, Sülh küç. 2
Tel: +994-12-585-10-80
Mob: +994-50-290-44-41
İş vaxtı: Bazar ertəsi-Cümə 9.00 - 18.00
info@giltex.az