Hamam dəsmalların seçimində vacib məqamlar

19.05.2021

Dəsmallar bizi yalnız  quru və təmiz saxlamır, həm də hamam otağlarımızın görünüşünə və bizim sağlamlığımıza birbaşa təsir edir. Bəs dəsmal seçərkən nələrə diqqət etmək lazımdır? Dəsmalın etiketində məhsulunun 100% pambıq olması haqqında bildiriş sizin düzgün ünvanda olduğunuzu göstərir. Pambıq dəsmallarda olan pambıq lifləri həm öz ağırlığının 25 qatını suda saxlayır, həm də suyu mükəmməl şəkildə özünə çəkir.

Dəsmal seçimində nələrə fikir vermək lazımdır?

Dəsmalın toxunuşunda ilmələrin sayı və uzunluğu dəsmal seçimində ən vacib parametrlərdən biridir. Dəsmal nə qədər sıx toxunursa, o qədər suyu özünə çəkir. Bunu yoxlamaq üçün sadə bir yol var - dəsmal qaldırarkən dəsmaldan keçən işiğı asanlıqla görə bilsəniz, bu dəsmalın keyfiyyətsiz dəsmal olduğunu söyləyə bilərsiniz.  Bu proses sizi yalnış dəsmal seçimi etməkdən qoruyar.

Dəsmalın keyfiyyəti daha nə ilə ölçülür?

Dəsmalın keyfiyyəti həm də çəkisi ilə ölçülür. Yüksək keyfiyyətli dəsmalın ağır olduğunu heç vaxt unutmayın. Dəsmalların çeşidlərindən asılı olaraq onların sıxlıq göstəriciləri 360-700 q/m2 aralıqda dəyişə bilər. Hansı kategoriyaya aid olduğundan asılı olaraq, sıxlıq göstəriciləri dəsmallarda fərqlənir. Aşağı sıxlıq göstəricisi (300-400 q/m2) dəsmal ümumiyyətlə yüngüldür. Bununla birlikdə 450-600 q/m2 olan dəsmallar nisbətən ağırdır. İnsanlar ümumiyyətlə idmana və çimərliklərə gedərkən aşağı sıxlıq dəyəri olan dəsmallara üstünlük verirlər. Dəsmaların evdə və ya qonaqlar üçün istifadə ediləcəksə, ən azı 400 g/m2 dəyərində bir dəsmal almanızı məsləhət görürük. Ən çox qurumağa ehtiyac duyduğumuz hamalarda mütləq 500 q/m2 sıxlıqdan çox olan dəsmalları tövsiyə edirik. Belə hamam dəsmalları yumşaq bir görkəmə sahibdir, dərinizə müsbət təsir edir və nəmi dərhal qəbul edir. Nəticədə, sıxlıq dəyəri nə qədər yüksəkdirsə, dəsmalınız o qədər keyfiyyətli olur.

Giltex hamam dəsmalları sizin ehtibarlı seçiminizdir

2012-ci ildən GiLTEX ticarət markası altında istehsal olunan hamam dəsmalları nəinki Azərbaycanda tanınır, həmçinin bir sıra xarıcı ölkələrə (Rusiya, Ukrayna, Türkiyə, Portugaliya və s.) ixrac olunur. Vurğulamaq lazımdır kı, GiLTEX dəsmalları ekoloji tələblərə cavab verməsinə dair OEKO-TEX® Standart 100 sertifikatlarına da malikdir.
GiLTEX dəsmal məhsulları çeşid fərqliliyi, 100% pambıqdan olması və dəsmal seçimində ən önəmli olan amil, yüksək keyfiyyəti ilə seçilir. GiLTEX dəsmalları ilə həm gündəlik istifadə edərək, həmçinin hədiyyəlik dəsmal növləri ilə yaxınlarınızı sevindirə bilərsiniz . Ceşidlər ölçü və görünüşü ilə fərqlənir:

Hamam otağınızın ayrılmaz hissəsi olan dəsmalları seçərkən, beynalxalq standartlara uyğun istehsal olunan Giltex brend dəsmalları sizin doğru seçiminiz olacaq.

Şərhlər

Heç bir yazı tapılmadı

Rəy yazın