Dream

55.80 
2062
Stokda var
+

Satin  üst səviyyə keyfiyyətli elit təbii parçadır. Bu material 100% yüksək keyfiyyətli təmizlənmiş pambıqdan, xüsusi ip toxunması vasitəsi ilə emal olunur. Bir çox üstünlükləri ilə fərqlənən Satin yataq dəsti hazırlanması üçün idealdır. Satin ipək kimi görünüşü və yumşaqlığı ilə bərabər, xüsusi möhkəmliyə sahibdir. Dəfələrlə yuyulmalardan sonra belə onun xarici görünüşü və gözəlliyi korlanmır. Yataq dəstinə xüsusi şarmı ona təhlükəsiz və davamlı boya vasitəsi ilə vurulan naxışlı rəsmlər verir. Yorğan üzü, yastıq üzü və sadə örtüyün üzərinə vurulan qeyri-adi rəng, naxış və rəsmlər istənilən esteti fəth etməyə qadirdir. Parıltıya malik olan satin liflər merserizasiya texnologiyasının tətbiqi ilə nail olunur. Satin - nəfəs alan parçadır, soyuğu buraxmır, sürüşmür və istini saxlamağa qadirdir. Yüksək havakeçirtmə, hipoallergen və gigiyenik xüsusiyyətləri ilə yuxunuzu xoş və komfortlu edəcək. Satindən hazırlanmış bəzəkli yataq dəstləri müasir, dəbli və cox praktikdir.

GiLTEX Sizin diqqətinizə "Dream" kolleksiyasını təqdim edir. "Arzu" mənasını daşıyan bu kolleksiya Sizi biganə qalmağa qoymayacaq. 100% pambıqdan hazırlanıb, havanı əla buraxma xüsusiyyətinə malik olan dəst Sizə rahat yuxu bəxş edəcək, qeyri-adi dizaynı isə Sizin yataq otağı interyeri ilə tam uyğunlaşacaq.

Oxşar məhsullar

55.80 
55.80 
55.80 
55.80 

Eyni qiymətə!

Dream
2057-1
55.80 
Dream
2058-1
55.80 
Dream
2059-1
55.80