Beverly

39.80 
Stokda var
+

Əla praktik performansa sahib olan “My Cotton” kolleksiyası ilk toxunuşdan Sizi valeh edəcək. Son dərəcə zərifliyə və yumşaqlığa malik olan bu kolleksiya yataq otağınızın interyerində layiqli yerini tutacaq və Sizə gözəl əhval-ruhiyyə bəxş edəcək.

Ranfors - 100% pambıq.
Materialın üstünlükləri:

 

1.Təbiilik. Ekoloji təmiz və gigiyenik. Yüksək keyfiyyət və davamlı boya istifadəsi sayəsində parça bir neçə ildən sonra belə, gözəlliyini qoruyub saxlayır. Parçanın üzərinə vurulan parlaq naxışlar xoş əhval-ruhiyyə yaradır.

2.Uzunömürlülük. Yüksək sıxlığa malik olan bu material çoxsaylı yuyulmalardan sonra belə, uzun illər onun möhkəmliyini təmin edir.

3.Davamlılıq. Parçanın yüksək keyfiyyəti pambıq liflərinin çoxpilləli emalı nəticəsində əldə olunur. Birinci mərhələdə pambıq mümkün olan çirklənmələrdən təmizlənir, ikincidə - gücləndirilmiş burulma sayəsində, Ranfors möhkəm struktur qazanır və uzun illər istifadəyə davam gətirir.

4.Rahatlıq. Material insan bədəninin təbii temperatur balansını qoruyur. Belə ki, soyuqda isinmə, istidə isə sərinlik hissi yaradır.

5.Hiqroskopiklik. Ranfors nəmi və yatan insanın tərini özünə çəkə bilir, öz ağırlığının 20%-ə bərabər bir miqdarda nəmi özündə saxlamaqla yanaşı dəri ilə təmasda tamamilə quru olaraq qalır. Ona görə də, bu material uşaq və yeniyetmə yataq dəsti hazırlanması üçün ideal şəkildə yarayır.

6.Əzilməyən. Xanımlar bu xüsusiyyəti lap çox bəyənirlər. Yumşaq quruluşa sahib olan Ranfors demək olar ki əzilmir, qırışmır, yuyulmadan sonra ütüləmə zamanı çox güc tələb etməyəcək. Yataqda Ranfors yüngülcə əzilə bilər, lakin böyük dərin qırışlar yaranmır.

7.Havakeçirtmə qabiliyyətinə malik olan bu material dəriyə nəfəs almağa imkan verir.

8.Statik elektrik toplamır. Təbii parça olduğuna görə praktik olaraq elektrikləşmir və statik elektrik yığmır. Bu öz növbəsində yuxunun keyfiyyətinə müsbət təsir etməyə bilməz: Ranfors yataq dəstində insan rahat yatır, çünki onun sinir və ürək-damar sisteminə zəif elektrik cərəyanı ilə daim qıcıqlandırıcı təsir göstərilmir.

9.Asan qulluq. Ranfors yataq dəstinə necə qulluq edilməli? Qulluğu çox sadədir. Zaman-zaman istehsalçı tərəfindən tövsiyə edilmiş temperatur rejiminə uyğun olaraq yumaq. Bu barədə məhsulun qablaşdırmasının üzərində və etiketdə olan məlumatı oxumaq olar. Məhsulun ütülənmə prosesi də eynən asan və problemsizdir.

Oxşar məhsullar

47.80 
39.80 
47.80 

Eyni qiymətə!

Bogema
2005-1
38.20 
İllüziya
39.80 
Yorğan My Cotton
yaşıl 400gr
38.20