Bogema

Qiymət: 31.90 
19.14 
qənaət edirsiniz: 12.76 ₼ (40%)
Endirim 40%
2008-3
Stokda var
+

GiLTEX-in Sizə təqdim etdiyi “Bogema” kolleksiyası 100% təbii pambıqdan hazırlanır və ailəniz üçün ekoloji cəhətdən təhlükəsiz məhsul olmaqla yanaşı, orijinal dizayn və incə görünüşü ilə evinizə xüsusi bir rəng qatacaq.

Ranfors - 100% pambıq.
Materialın üstünlükləri:

 

1.Təbiilik. Ekoloji təmiz və gigiyenik. Yüksək keyfiyyət və davamlı boya istifadəsi sayəsində parça bir neçə ildən sonra belə, gözəlliyini qoruyub saxlayır. Parçanın üzərinə vurulan parlaq naxışlar xoş əhval-ruhiyyə yaradır.

2.Uzunömürlülük. Yüksək sıxlığa malik olan bu material çoxsaylı yuyulmalardan sonra belə, uzun illər onun möhkəmliyini təmin edir.

3.Davamlılıq. Parçanın yüksək keyfiyyəti pambıq liflərinin çoxpilləli emalı nəticəsində əldə olunur. Birinci mərhələdə pambıq mümkün olan çirklənmələrdən təmizlənir, ikincidə - gücləndirilmiş burulma sayəsində, Ranfors möhkəm struktur qazanır və uzun illər istifadəyə davam gətirir.

4.Rahatlıq. Material insan bədəninin təbii temperatur balansını qoruyur. Belə ki, soyuqda isinmə, istidə isə sərinlik hissi yaradır.

5.Hiqroskopiklik. Ranfors nəmi və yatan insanın tərini özünə çəkə bilir, öz ağırlığının 20%-ə bərabər bir miqdarda nəmi özündə saxlamaqla yanaşı dəri ilə təmasda tamamilə quru olaraq qalır. Ona görə də, bu material uşaq və yeniyetmə yataq dəsti hazırlanması üçün ideal şəkildə yarayır.

6.Əzilməyən. Xanımlar bu xüsusiyyəti lap çox bəyənirlər. Yumşaq quruluşa sahib olan Ranfors demək olar ki əzilmir, qırışmır, yuyulmadan sonra ütüləmə zamanı çox güc tələb etməyəcək. Yataqda Ranfors yüngülcə əzilə bilər, lakin böyük dərin qırışlar yaranmır.

7.Havakeçirtmə qabiliyyətinə malik olan bu material dəriyə nəfəs almağa imkan verir.

8.Statik elektrik toplamır. Təbii parça olduğuna görə praktik olaraq elektrikləşmir və statik elektrik yığmır. Bu öz növbəsində yuxunun keyfiyyətinə müsbət təsir etməyə bilməz: Ranfors yataq dəstində insan rahat yatır, çünki onun sinir və ürək-damar sisteminə zəif elektrik cərəyanı ilə daim qıcıqlandırıcı təsir göstərilmir.

9.Asan qulluq. Ranfors yataq dəstinə necə qulluq edilməli? Qulluğu çox sadədir. Zaman-zaman istehsalçı tərəfindən tövsiyə edilmiş temperatur rejiminə uyğun olaraq yumaq. Bu barədə məhsulun qablaşdırmasının üzərində və etiketdə olan məlumatı oxumaq olar. Məhsulun ütülənmə prosesi də eynən asan və problemsizdir.

Oxşar məhsullar

Endirim 15%
38.20  32.47 
Endirim 40%
31.90  19.14 
Endirim 40%
31.90  19.14 
Endirim 40%
31.90  19.14 

Eyni qiymətə!

Bogema
2016-1
31.90  19.14 
Bogema
2016-2
31.90  19.14 
Bogema
2011-3
31.90  19.14