Bloq

07.04.2020
by Anar Behbudov

Koronavirus. Nə etməli?

      Aprel ayının sonu, may ayının əvvəli hava proqnozunu etmək üçün çətin dövrdür. Günün birinci yarısı hava isti ola bilər, lakin ikinci yarısı sərt soyuya bilər və əksinə. Hərdən hava gözümüzün qabağında dəyişir və isti paltar geyinərək tərləyə, hava birdən birə dəyişəndə isə soyuq ala bilərsiniz. Bundan əlavə bu ərəfələrdə qışdan sonrakı vitamin çatışmazlığı və ondan asılı olaraq immunitetin zəifləməsi müşahidə edilir. Ona görə ilin bu vaxtında həm adi soyuqdəymə, həm də kəskin respirator virus infeksiyalarının törədiciləri (KRVİ) adətən daha çox yer alır. Və buna əlavə olaraq, COVID-19 koronavirusu meydana çıxdı. 

      Sizin üçün yəqin çoxdan sirr deyil ki, virus hava-damcı yolu ilə keçir, lakin virus əşyaların səthi üzərinə düşərək bir müddət aktiv qala bilir. Honkonq universitetinin və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun ekspertlər qrupunun məlumatına əsasən virusun əşyaların üzərində yaşama müddəti əşyalardan asılı olaraq dəyişir. Məsələn, kağız və salfet üzərində 2-3 saat yaşayır. Taxta və pambıq parça kimi təbii materialların üzərində 2 gün qalır. Şüşə materialı və ya kağız pullar üzərindən 4 gündən sonra, paslamayan poladdan və ya plastikdən isə 7-ci gündən sonra yox olur.

      Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi yeni növ koronavirus COVİD-19 pandemiyası və xüsusi izolyasiya rejimi şəraitində xəstələnməmək üçün nə etməliyik?
İlk növbədə, mümkün dərəcədə elan edilən xüsusi karantin rejimi müddətində evdə qalaraq özünü təcrid etmək.

Evdən çıxmaq məcburiyyətində qalmısınızsa, istənilən ictimai yerləri ziyarət etdikdən, nəqliyyatdan, qapı dəstəklərinə, pula, iş yerinizdəki ümumi istifadə edilən ofis avadanlıqlarına toxunduqdan sonra, yemək hazırlanmasından və yeməkdən əvvəl      əllərinizi və üzünüzü sabunla yumaq. Əsaslı surətdə sabunlanmaya (ən azı 20 saniyə) və kağız salfetlərlə və ya yalnız şəxsi dəsmallarla əllərin tam qurudulmasına xüsusi diqqət yetirin.

Yalnız yaxın zamanda yuyulmuş əllərlə üzə, gözə toxunun. Su və sabun olmadıqda əlləri təmizləmək üçün spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə edin. 

İnsanların sıx olduğu yerlərdə və nəqliyyat vasitələrində birdəfəlik tibbi maska taxın. Maskanı hər 2-3 saatda yenisi ilə dəyişdirin, maskanı yenidən istifadə edə bilməzsiniz. Alternativ kimi təkrar istifadəsinə yol verilən tekstil maskaları dəyərləndirilə bilər.

İzdihamlı yerlərdə olarkən hamar saç düzümlərinə üstünlük verin, yığılmamış saçlar tez-tez üzlə təmasda olanda yoluxma riskini artırır.

Kəskin respirator virus infeksiyalarının görünən əlamətləri (öskürək, hapşırma, burun axıntısı) olan insanlarla yaxın təmasdan çəkinin və eyni otaqda olmayın.

Salamlaşarkən əl görüşmələri, öpüşmələri və qucaqlaşmaları məhdudlaşdırın.

Olduğunuz otağın havasını tez-tez dəyişin.

Şəxsi istifadə əşyaları olan diş fırçası, hamam lifi, dəsmal, hamam xalatı, yastıq, yorğanyataq dəstini ev üzvlərinin təmasından təcrid edin.

Ümumi dəsmallardan istifadə etməyin. İmmunitetinizi gücləndirin. 

 

Yataq dəsti seçimində parçalar haqqında 5 faydalı məsləhət

Hər birimiz yataq dəstindən istifadə edirik. Kimimiz onun naxışlarına diqqət yetiririk və müəyyən parçalara üstünlük veririk, digərimiz isə incəliklərə getməyərək ucuz olanı tərcih edirik. İkinci qrupa xatırlatmaq istərdik ki, insanlar həyatlarının 1/3 hissəsini yuxuda keçirir və yatmaq üçün yataq dəsti seçimində son dərəcə məsuliyyətli olmaq lazımdır, çünki bu sizin sağlamlığınıza bir başa təsir edir.


“GiLTEX” komandası sizin üçün yataq dəsti seçimində parçalar haqqında 5 faydalı məsləhət hazırlamışdır: 


  1. Ən əsası odur ki, yataq dəsti 100% pambıq parçadan istehsal edilsin. Təbiilik və ekolojilik sağlamlığın və sağlam yuxunun təminatıdır. Ona görə yataq dəsti seçərkən ilk növbədə parçanın tərkibinə, poliester və ya başqa sözlə desək sintetika qarışığın olmamasına diqqət yetirin. 100% pambıq statik elektrik toplamır. Təbii parça olduğuna görə praktik olaraq elektrikləşmir və statik elektrik yığmır. Bu öz növbəsində yuxunun keyfiyyətinə müsbət təsir etməyə bilməz: 100% pambıq yataq dəstində insan rahat yatır, çünki onun sinir və ürək-damar sisteminə zəif elektrik cərəyanı ilə daim qıcıqlandırıcı təsir göstərilmir.
  2. Bir neçə variant yataq dəstləri arasında seçim etməkdə çətinlik çəkirsinizsə iplərin toxunma sıxlığına diqqət yetirin. Sıxlığı nə qədər yuxarıdırsa, parça o qədər keyfiyyətlidir və həmin yataq dəsti daha bahalıdır.
  3. Yataq dəstinə ütü vurmaqdan canınızı qurtarmaq istəyirsizsə, o zaman sətin parçadan yataq dəsti alın – o demək olar ki, qırışmır!
  4. 100% pambıq amma ipək kimi parça axtarışındasınızsa, sətinə baxın. Sətin ipək kimi görünüşü və yumşaqlığı ilə bərabər, xüsusi möhkəmliyə sahibdir. Sətin - üst səviyyə keyfiyyətli elit təbii parçadır. Bu material 100% yüksək keyfiyyətli təmizlənmiş pambıqdan, xüsusi ip toxunması vasitəsi ilə emal olunur. Parıltıya malik olan sətin liflər merserizasiya texnologiyasının tətbiqi ilə nail olunur. Dəfələrlə yuyulmalardan sonra belə onun xarici görünüşü və gözəlliyi korlanmır. Yataq dəstinə xüsusi şarmı ona təhlükəsiz və davamlı boya vasitəsi ilə vurulan naxışlı rəsmlər verir. Satindən hazırlanmış bəzəkli yataq dəstləri – müasir, dəbli və cox praktikdir.
  5. Ranforsdan olan yataq dəstləri yay və qış üçün universal həlldir, çünki ranfors istilik mübadiləsini əla tənzimləyir. Valideynlər də öz uşaqları üçün şübhə etmədən istifadə edə bilərlər. 


Недавнее Недавнее