Çatdırılma müddəti

Çatdırılma kuryer xidməti tərəfindən sifariş daxil olandan dərhal sonra - 24 saat ərzində

həyata keçirilir. Həftə içi, saat 09:00-dan 18:00-dək sifarişlər qəbul edilir və çatdırılır. Bayram və ya qeyri-iş günlərinə təsadüf edən sifarişlər növbəti iş günü müddətində sifarişçiyə çatdırılır.

Çatdırılma məbləği

Çatdırılma məbləği ümumi sifarişin məbləğindən asılıdır. Belə ki,  150 AZN-dən yuxarı olan bütün sifarişlər üçün çatdırılma xidməti pulsuzdur.

Çatdırılma prosesi

"Gilan Tekstil Park" MMC-in rəsmi nümayəndələri tərəfindən bağlamanın çatdırılma günü və vaxtını təyin etmək, həmçinin ünvanı dəqiqləşdirmək məqsədilə sifarişin qeydiyyatı zamanı göstərilən əlaqə nömrəsinə öncədən zəng ediləcəkdir. 

İtirilmiş və ya oğurlanmış bağlamalar

Biz çatdırılma zamanı sifarişçi tərəfindən bağlamanın yoxlanaraq qəbulu ilə bağlı imzalanmış xüsusi sənədə əsaslanaraq sonradan itirilmə və ya oğurlanma hallarına  görə cavabdehlik daşımırıq.